Rumıniyalı deputat: “Azərbaycanda parlament seçkiləri azad və demokratik olub” - VİDEO

Rumıniyalı deputat: “Azərbaycanda parlament seçkiləri azad və demokratik olub” - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 08:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, deputat Adrian Miroslav Merka bildirib ki, onlar müşahidəçi qismində seçkini Bakı və Bakıətrafı qəsəbələrdə izləyiblər.


Onun sözlərinə görə, hər bir məntəqədə təşkilatçılıq yüksək səviyyədə olub: “Deputatlığa namizədlərin nümayəndələri seçki qanunvericiliyinə uyğun hərəkət ediblər. Bizim kartlarımız yoxlanılıb, qeydiyyata alınıb. Məntəqələrin üzvləri işlərini yüksək səviyyədə həyata keçiriblər. Seçkini əvvəldən sona qədər müşahidə apardıq. Olduğumuz bütün seçki məntəqələrində seçki proseduru tam normal qaydada həyata keçirilib. Əlil və yaşlı insanlar üçün daşınan qutular təşkil olunmuşdu”.

A. Merka əlavə edib ki, deputatlığa namizədlərin nümayəndələri və komissiya üzvləri ilə ayrı-ayrılıqda söhbət aparıblar: “İstər iqtidar, istər müxalifət, istərsə də bitərəf namizədlərin nümayəndələri məntəqələrdə idilər. Onların nümayəndələri də qeyd edib ki, hər hansı insident yaşanmayıb, seçki normal şəraitdə baş tutub. Seçicilər də səs verdikləri namizədləri tanıyırdı. Seçici fəallığı var idi. Gözdən əlil seçicilər belə səsvermədən kənarda qalmadılar. Bütün bunlar bizə onu deməyə əsas verir ki, seçkilər azad, şəffaf və demokratik olub. Azərbaycan tərəfinə öz təbriklərimizi çatdırırıq”.


Rumıniya parlamentinin digər üzvləri Lillana Cobanu və Razvan Rotaru da seçkilərin azad və demokratik şəraitdə baş tutduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR