“Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

“Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 may 2013 08:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə Ümumdünya Mətbuat Azadlığı Günü qeyd edilməyə başlanıb. Azərbaycanda azad mətbuatın mövcud olduğunu söyləyən Ə. Amaşovun fikrincə, ölkədə söz azadlığı ilə bağlı qanunvericilik mükəmməldir, hətta bəzi dövlətlərin qanunlarından təkmildir. O, mətbuatın reklam probleminin tez bir zamanda öz həllini tapacağını da açıqlayıb.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd edib ki, müstəqillik illərində azad mətbuatın bünövrəsi qoyulub və inkişaf edir: “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu 1992-ci ildən başlayıb, 1995-ci ildən isə davamlı olaraq yüksələn xətlə inkişaf edirik. Media tarixinə qızıl həriflərlə yazılmış məqam Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə senzuranın ləğvi oldu. Bunun nəticəsində media azadlığı və siyasi plüralizm prinsipləri formalaşdı. Lakin düşünsək ki, bütün problemlər aradan qalxıb, yanılarıq. Əlbəttə, belə deyil. Senzura ləğv edildikdən sonra çoxlu sayda məhkəmə çəkişmələri oldu. Çünki hamı savadlı deyil və etik normaları bilmir”.

Ə. Həsənovun sözlərinə görə, ölkədə fikir azadlığını təmin etmək və sərbəst cəmiyyət formalaşdırmaq Azərbaycan hakimiyyətinin iradəsidir: “Bu da öz nəticələrini verdir. Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda mətbuatın fəaliyyətinin məhdudlaşdırıldığını iddia edir. Lakin heç kim iddia edə bilməz ki, bu gün mediada kimsə nə isə yaza bilmir. Azərbaycanda azad media mövcuddur, jurnalist yazdığı yazıya görə təzyiqlə üzləşmir. Hətta bu məsələdə biz bəzilərindən irəlidəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR