Kürdəmirdə zəncirvari yol qəzası baş verib

Kürdəmirdə zəncirvari yol qəzası baş verib
# 27 iyun 2016 22:35 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov-APA. Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Kürdəmir rayon sakinləri, 1983-ci il təvəllüdlü Fariz Fazil oğlu Cəfərovun idarə etdiyi “LADA Priora” 1953-ci il təvəllüdlü Əjdər Abbas oğlu Məmmədovun idarə etdiyi “Nissan” la toqquşub.

Daha sonra “Lada” markalı minik maşını 1962-ci il təvəllüdlü Cəfər Tapdıq oğlu Cəfərovun yol kənarında saxladığı “VAZ-2106” markalı maşına çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 maşın yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR