Bahar Muradova: “ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı məsələsi müzakirə olundu”

Bahar Muradova: “ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı məsələsi müzakirə olundu”
# 27 fevral 2013 08:21 (UTC +04:00)

Bu barədə APA-ya açıqlama verən Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse spikeri Bahar Muradova bildirib ki, məsələ şəxsən onun özü tərəfindən qaldırılıb: “Xocalıda kütləvi halda dinc insanların qətlə yetirilməsi, soyqırımı və buna indiyədək adekvat münasibət bildirilməməsi Suriyada baş verənlərə dünyanın laqeyd qalması ilə əlaqələndirilərək müzakirəyə çıxarıldı”.

B. Muradova qeyd edib ki, eyni zamanda Azərbaycan tərəfi Suriyadan məcburi köçürülən ermənilərin Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi ilə bağlı plenar iclasda bəyanat səsləndirib: “ATƏT PA-nın müvafiq qurumlarından və rəsmilərindən bu məsələyə ciddi münasibət bildirmək tələb olundu. Suriyada baş verən hadisələrdən, onun humanitar nəticələrindən digər ölkələrdəki vəziyyəti daha da gərginləşdirilməsinə imkan verməməyə çağırışlar edildi”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR