Azərbaycan MN: Separatçı rejimin "müdafiə naziri"nin məğlub xarakterli çıxışı populist cəhddən başqa bir şey deyil

Azərbaycan MN: Separatçı rejimin "müdafiə naziri"nin məğlub xarakterli çıxışı populist cəhddən başqa bir şey deyil
# 07 aprel 2015 12:45 (UTC +04:00)

Bakı - APA. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub. Qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyanın məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyil”.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edirlər.

Qeyd edək ki, qondarma-separatçı rejimin “müdafiə naziri” Movses Akopyan Ermənistan mətbuatına müsahibəsində türk hərbi qulluqçuların Azərbaycan tərəfində vuruşduğunu və Azərbaycanın “erməni soyqırımının 100 illiyi” ilə əlaqədar cəbhədə vəziyyəti tez-tez gərginləşdirmək barədə Türkiyənin göstərişini yerinə yetirdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR