Azərbaycan hökuməti: 2014-cü ildə NATO ilə enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq uğurla davam edib

Azərbaycan hökuməti: 2014-cü ildə NATO ilə enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq uğurla davam edib
# 06 mart 2015 09:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “NATO çərçivəsində həyata keçirilən Sülh Naminə Tərəfdaşlıq və Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı tədbirlərinin həyata keçirilməsi məqsədilə 2014-cü ildə dövlət büdcəsindən 420 500 manat məbləğində pul ayrılıb”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabat dövründə Azərbaycan Əfqanıstana siyasi, hərbi, logistika dəstəyi ilə yanaşı, hava və quru tranziti, humanitar, mina təmizləmə, təhsil və kadr hazırlığı sahələrinə töhfə verib və Azərbaycan hökumətinin dəstəyi ilə ANAMA qeyri-hərbi sahədə yardım çərçivəsində aktiv maarifləndirmə və təlim fəaliyyətlərini davam etdirib: “Azərbaycanın ISAF əməliyyatına verdiyi hərbi qüvvə (90 hərbçidən ibarət 1 bölük, 2 nəfər həkim və iki nəfər mühəndis-istehkamçı) töhfəsi əməliyyatların sonuna qədər xidmət edib və bu töhfənin NATO-nun yeni Qətiyyətli Dəstək missiyası üzrə də davam etdirilməsi nəzərə alınıb. Hesabat dövründə NATO ilə enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq uğurla davam edib, enerji təhlükəsizliyində ölkəmizin rolu və bu sahədə aktiv tərəfdaş olduğumuz NATO tərəfindən xüsusilə qeyd edilib”.

Hesabata əsasən 2014-cü ildə NATO ilə Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycanın 20 dövlət qurumu tərəfindən 200-dən çox tədbir seçilib, dövlət orqanları tərəfindən 178 tədbirdə iştirak təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR