Azyaşlı övladını satmaqda təqsirləndirilən ananın kassasiya şikayəti təmin olunmayıb

Azyaşlı övladını satmaqda təqsirləndirilən ananın kassasiya şikayəti təmin olunmayıb
# 27 mart 2013 14:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə azyaşlı övladını satmaqda təqsirləndirilən Zöhrə İsgəndərovanın kassasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, Könüllü kənd sakini Zöhrə İsgəndərova tanışı Murad Quliyevlə birlikdə azyaşlı oğlu Elcanı 10 min manata satarkən yaxalanıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Z. İsgəndərova 4 il, M. Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

Onu da qeyd edək ki, M. Quliyev kassasiya şikayəti verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR