Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.
"Azərenerji" ASC- dən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,88% azdır.
Bu ilin ötən yanvar-iyun ayları ərzində isə 10,8 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 6,09% azdır.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.