«Parabank»ın bəzi filiallarının iş vaxtı uzadılıb

«Parabank»ın bəzi filiallarının iş vaxtı uzadılıb
# 12 fevral 2013 10:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərə xidmətin daha səmərəli göstərilməsi məqsədilə xidmət saatını artırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq «Parabank»ın «Mərkəz», «Nizami» və «Azadlıq» filialları həftənin 5 iş günü 09:00-dan 20:00-dək, şənbə günləri isə 11:00-dan 15:00-dək müştərilərə xidmət göstərir.

Bankın filialları müştərilər üçün kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Qeyd edək ki, «Mərkəz» filialı Füzuli küçəsi,65/67, «Nizami» filialı Qara Qarayev pr-ti,27, «Azadlıq» filialı Xətai rayonu, Sarayevo küçəsi,17 ünvanında müştərilərə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR