BDU-da Elmi Şuranın bu tədris ili üçün son genişləndirilmiş iclası keçirilib

BDU-da Elmi Şuranın bu tədris ili üçün son genişləndirilmiş iclası keçirilib
# 11 iyul 2016 12:26 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Rektor Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumun və Formula -1 Qran Pri yarışlarının təşkilində respublika rəhbərliyinin xidmətlərini yüksək qiymətləndirib. O, forumda və yarışlarda könüllü olaraq iştirak edən 1000-ə qədər BDU tələbəsinin fəaliyyətinə də diqqət çəkib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə edib, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində təşkil edilən çöl təcrübələri haqqında ətraflı məlumat verib. Sonra məruzə ətrafında çıxışlar olub və prorektor İradə Əliyevanın məruzəsi yüksək qiymətləndirilib.

Elmi Şuranın iclasında BDU-nun Qazax filialının əsasnaməsini və strukturunun təsdiq edilməsi, müsabiqənin keçirilməsi və elmi adların verilməsi, imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, o cümlədən yubilyarların təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə fərqlənənlərin mükafatlandırması kimi məsələlərə baxılıb.

Qeyd edək ki, ilin nəticələrinə görə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov və Rus dilçiliyi kafedrasının müdiri, professort Lalə Quliyeva “İlin kafedra müdiri”, Genetika və təkamül təlimi kafedrasının professoru Məcnun Babayev və Arxeologiya və etnoqrafiya kafedrasının professoru Tarix Dostiyev “İlin müəllimi” adlarına layiq görülüblər.

İclasda həmçinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurası tərəfindən qaldırılan vəsatət əsasında Psixologiya kafedrasının professoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Əkbər Bayramova “BDU-nun Fəxri professoru” fəxri adının verilməsi barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR