Masallıda avtomobil 76 yaşlı qadını vurub

Masallıda avtomobil 76 yaşlı qadını vurub
# 26 iyun 2016 20:02 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 26-da axşam saatlarında rayonun Bədəlan kəndi ərazisində qeydə alınıb.


“VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən kənd sakini, 1940-cı il təvəllüdlü Gülçöhrə Məşədi qızı Fəttayevanı vurub.


Müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Fəttayeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin yaxınlarının təkidi ilə Bakıdakı xəstəxanalardan birinə yola salınıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR