Gəncədə avtobus minik avtomobilinə çırpılıb, yaralı var - VİDEO

Gəncədə avtobus minik avtomobilinə çırpılıb, yaralı var - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 17:58 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü İlkin Cənnətovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusu qarşıda hərəkətdə olan 1953-cü il təvəllüdlü Saday Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə çırpılıb.

Qəza zamanı “Hyundai”da olan sərnişin, Goranboy rayon Dəliməmmədli şəhər sakini 2001-ci il təvəllüdlü Gülxar Tanrıverdiyeva xəsarətl alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR