Gürcüstan baş nazirinin köməkçisi azərbaycanlı gənclərlə görüşüb

Gürcüstan baş nazirinin köməkçisi azərbaycanlı gənclərlə görüşüb
# 25 iyun 2016 01:56 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. İyunun 24-də Gürcüstan baş nazirinin İnsan Hüquqları və Gender Bərabərliyi məsələləri üzrə köməkçisi Sofo Caparidze azərbaycanlı gənclərlə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə əsas mövzu qadınlar və məişət zorakılığına qarşı mübarizə, həmçinin erkən nikahın qarşısının alınması olub. Tədbirdə çıxış edən Sofo Caparidze mövzu ilə bağlı azərbaycanlı gənclərlə ətraflı söhbət aparıb. O, ailələrdə baş verən məişət zorakılığının qarşısının alınması üçün müəyyən tədbirlər görüldüyünü və digər problemlər, çatışmazlıqlar haqqında ətraflı məlumat verib, həmçinin bu istiqamətdə nailiyyətlər də olduğunu qeyd edib. S. Caparidze qadınların məişət zorakılığına qarşı mübarizə və insan hüquqlarının qorunması üçün hökumətin qəbul etdiyi 2016-2017- ci il Fəaliyyət Planında tədbirlər planlaşdırıldığını bildirib.

Tədbirdə gənclərə ailə və məişət zorakılığının qarşısının alınması ilə bağlı İdarələrarası Məişət Şurası və Məsləhət Qrupunun yaradılması haqqında məlumat verilib və qeyd edilib ki, bu adıçəkilən qurumlar zorakılıq qurbanlarının statusunu müəyyən edəcək. Qeyd edək ki, görüş Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanovanın təşkilatçılığı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR