Azərbaycan prezidenti yanında Bilik Fondu ilə Auqsburq Universitetinin Jakob-Fugger Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan prezidenti yanında Bilik Fondu ilə Auqsburq Universitetinin Jakob-Fugger Fondu arasında əməkdaşlıq sazişi imzalanıb
# 02 aprel 2015 14:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Almaniyanın Auqsburq Universitetinin nəzdində fəaliyyət göstərən Jakob-Fugger Fondunun icraçı meneceri Tilman Şröder və universitetin professoru Klaus Volfla görüşüb.

Fonddan APA-ya verilən məlumata görə, görüş çərçivəsində Bilik Fondu ilə Almaniyada maarifçilik və analitik araşdırmalarla bağlı layihələr həyata keçirən Jakob-Fugger Fondu arasında ikitərəfli münasibətlərə dair əməkdaşlıq sazişi imzalanıb.

Sazişə görə, Bilik Fondu ilə Jakob-Fugger Fondu arasında birgə layihələrin həyata keçirilməsi, Azərbaycan elmi, tarixi, mədəniyyəti və incəsənətinin Almaniyada təbliği istiqamətində müştərək tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur.

Fugger Fondunun rəhbəri Auqsburq Universitetinin prezidenti Sabine Durinq-Manteuffeldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR