Gürcüstanın idxal etdiyi neft məhsulların 30%-i Azərbaycanın payına düşür

Gürcüstanın idxal etdiyi neft məhsulların 30%-i Azərbaycanın payına düşür
# 23 aprel 2015 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında Gürcüstan ümumilikdə 77,8 min ton neft məhsulları idxal edib.

APA-Economics”in “Novosti Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu, bu ilin fevral ayı ilə müqayisədə 21,4 min ton çoxdur.

Gürcüstanın idxal etdiyi neft məhsullarının 37 min tonu benzin, 40,8 min tonu isə dizel yanacağının payına düşür.

Ölkənin idxal etdiyi neft məhsullarının 21,5 min tonu Azərbaycanın payına düşür. Bu rəqəm ölkəyə idxal olunan ümumi neft məhsulları həcminin 27,7%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR