Dağıstanın 3 rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib

Dağıstanın 3 rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib
# 18 avqust 2015 23:43 (UTC +04:00)

Bakı-APA. Dağıstanın 3 rayonunda yerli vaxtla saat 20:00-dan etibarən antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi rejim Tabasaran, Xiv və Süleyman-Stal rayonlarında tətbiq edilib.

Hazırda adıçəkilən rayonlarında silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.

Xatırladaq ki, avqustun 17-də Mahaçqala yaxınlığında naməlum silahlılar polis əməkdaşını güllələmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR