Ermənistanda ana və qızı qətlə yetirilib

Ermənistanda ana və qızı qətlə yetirilib
# 19 aprel 2015 08:38 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Gümrü şəhərinin Muş kvartalındakı evlərdən birində iki qadının cəsədi aşkarlanıb.

Ölənlərin 60 və 40 yaşlı ana və qızı olduğu müəyyənləşdirilib.

Qonşuların sözlərinə görə, mənzildəki əşyalar dağınıq vəziyyətdə olub. Ehtimal olunur ki, hadisə quldurluq zəminində baş verib. Evi qarət etmək istəyən şəxs və ya şəxslər ana və qızını qətlə yetiriblər.

Onların bıçaqla öldürüldüyü güman olunur.

Hadisə yerində polis işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR