Cəlilabadda evlərdən oğurluq edən şəxslər yaxalanıb

Cəlilabadda evlərdən oğurluq edən şəxslər yaxalanıb
# 04 iyul 2016 09:07 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda oğurluqda təqsirləndirilən şəxslər yaxalanıb.

APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad şəhər sakinləri Cavid Pənah oğlu Qurbanov, Rəşad Xudayar oğlu Məmmədov və Samir Şölət oğlu Əzizov qabaqcadan əlbir olaraq qrup halında ayrı-ayrı vaxtlarda rayon sakinlərinin mənzillərindən küllü miqdarda pul, qızıl-zinət əşyası və məişət avadanlığı oğurlayıblar. Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri sayəsində hər üç nəfər şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.


Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR