Milli Məclisin komitə sədri: “Toy və yas mərasimlərini xüsusi qanunla tənzimləməyə ehtiyac yoxdur”

Milli Məclisin komitə sədri: “Toy və yas mərasimlərini xüsusi qanunla tənzimləməyə ehtiyac yoxdur”
# 31 oktyabr 2012 13:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Toy və yas mərasimləri məsələsi ilə bağlı ənənəyə, yəni yüz illər boyu “belə olub, bundan sonra da belə olmalıdır” məntiqinə əsaslanaraq demək istəyirəm ki, bu məsələni xüsusi qanunla tənzimləməyə elə bir ehtiyac yoxdur”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, toy və yasların dəbdəbəliliyinə mane olmağa ehtiyac yoxdur: “Bəzən deyirlər ki, kimsə yas mərasimini dəbdəbəli edə bilir, o birisi edə bilmir, bu, cəmiyyətdə normal vəziyyət yaratmır və yaxud kimsə toyu xüsusi dəbdəbəli edir, başqasının buna imkanı çatmır. Əslində burada qüsurlu bir şey yoxdur: “Kimin imkanı olacaq, toyu dörd gün-dörd gecə edəcək, kimin imkanı olacaq, qırx gün-qırx gecə edəcək, bu, bir ənənədir. Mənə elə gəlir ki, burada dəbdəbə məsələsinə mane olmağa və sərtliyə ehtiyac yoxdur. Eləcə də yas mərasimləri. İndi bunun əlbəttə, nöqsanlı cəhəti budur ki, bəzən bu dəbdəbə ya vəfat etmiş insanı normal xatırlamağa imkan vermir, ya da o, tamam yaddan çıxır. Bəzən evlənən cavanları heç kim görmür, toya gələnlərin heç yadlarına da düşmür, “əsas məsələ” gəlir kiminsə özünü göstərməsinə-filana. Bunlar da olacaq. Ancaq mənə elə gəlir ki, buna ictimai səviyyədə mane olmaq və etiraz etmək doğru olmaz. Bunlar cəmiyyətin təbəqələşməsindən gələn bir şeydir, həmişə belə olub və belə də olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR