«Dəmirbank»da əhalinin əmanətləri 32% artıb
15 oktyabr 2012 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 371,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 mln. manat və ya 7,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 34,7 mln. manat və ya 14% artaraq 284,9 mln. manatı ötüb.
Cari ilin oktyabrın 1-nə depozit portfelinin həcmi 147,7 mln. manat, o cümlədən əhalinin əmanətləri 25,9% artaraq 124,6 mln. manat təşkil edib.
Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 55,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 21 mln. manat olub.
Xatırladaq ki, «Dəmirbank» 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Maliyyə
Maliyyə Nazirliyi: Dövlət Neft Fondunun gəlirləri 2 milyard manat artacaq
00:07
25 may 2024
Gömrük xətti ilə büdcə daxilolmaları proqnozu 500 milyon manat artırılıb
23:47
24 may 2024
DVX xətti ilə büdcə daxilolmaları proqnozu 1.4 milyard manat artırılıb
23:40
24 may 2024
Nəqliyyat Vasitələrinin Utilizasiyası Fonduna daxil olması proqnozlaşdırılan vəsaitin həcmi məlum olub
23:37
24 may 2024