İctimai Palata Milli Məclisin binası qarşısında keçirməyə cəhd etdiyi piketlə bağlı bəyanat verib

İctimai Palata Milli Məclisin binası qarşısında keçirməyə cəhd etdiyi piketlə bağlı bəyanat verib
# 02 noyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palata (İP) bu gün Milli Məclisin binası qarşısında keçirməyə cəhd etdiyi piketlə bağlı bəyanat verib. İP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, palatanın noyabrın 2-də Milli Məclisin binası qarşısında “Sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərə “yox” deyirik!” şüarı ilə piket keçirmək istəyinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilməməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinin növbəti dəfə pozulmasına səbəb olub.

Aksiya zamanı 20 nəfərdən artıq piket iştirakçısı Yasamal rayon Polis İdarəsinə aparılıb.

Bəyanatda qeyd olunub ki, İP MM-in binası qarşısında keçirilən piketin baş tutduğunu bəyan edir, polis idarəsinə aparılan aksiya iştirakçılarının dərhal azad olunmasını, piketi dağıdılmasında iştirak edən polis əməkdaşlarının qanun qarşısında cavab verməsini tələb edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR