Rabitə və yüksək texnologiyalar nazir Salyanda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar nazir Salyanda vətəndaşları qəbul edəcək
# 22 aprel 2015 12:00 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov aprelin 24-ü saat 15:00-da Salyan telekommunikasiya qovşağının binasında Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinləri qəbul edəcək.

Nazirlikdən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR