Evdən 21 min dollar oğurlayan qrupun daha bir üzvü tutulub

Evdən 21 min dollar oğurlayan qrupun daha bir üzvü tutulub
# 15 yanvar 2020 16:29 (UTC +04:00)

Bakıda ev qarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən, qrupun digər üzvü S.Nəbiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR