Bank Of Baku

Gürcüstanda elektrik problemi səbəbindən Bakı-Tbilisi qatarı yolda qalıb

Gürcüstanda elektrik problemi səbəbindən Bakı-Tbilisi qatarı yolda qalıb
# 25 iyul 2026 16:48 (UTC +04:00)

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR