Xaçmazda 34 yaşlı kişini elektrik cərəyanı vurub

Xaçmazda 34 yaşlı kişini elektrik cərəyanı vurub
# 03 iyul 2014 15:42 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunun Xudat şəhəri ərazisində bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, təvəllüdlü rayonun Pərdiqıran kənd sakini, 1980-ci il təvəllüdlü Aydınov Valeh Qurbanəli oğlunu elektrik cərəyanı vurub. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz morquna gətirilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR