Ənvər Məmmədxanlının 100 illik yubileyi keçiriləcək

Ənvər Məmmədxanlının 100 illik yubileyi keçiriləcək
# 06 fevral 2013 15:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamın preambula hissəsində bildirilir ki, 2013-cü ilin fevralında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlının anadan olmasının 100 illiyi tamam olur.

Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərib. Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR