İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək

İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək
# 17 mart 2015 03:39 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilər ötən ilin dekabrında, maliyyə naziri Yaira Lapid və ədliyyə naziri Tsipi Livnini istefaya göndərilməsindən sonra təyin edilib.

Müşahidəçilərin rəyinə əsasən, baş nazir Benyamin Netanyahunun “Likud” partiyası ikinci yeri tutacaq. Seçkilərin favoriti sol mərkəzçi “Sionist Düşərgəsi” bloku hesab edilir. “Birləşmiş Ərəb Siyahısı" sayına görə üçüncü parlament fraksiyası ola bilər.

Seçkilərdə 26 siyasi təşkilat 120 deputat mandatı uğrunda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR