Güləşçilərimiz “Victory Cup” turnirində 8 medal qazandılar

Güləşçilərimiz “Victory Cup” turnirində 8 medal qazandılar
# 11 iyun 2012 14:51 (UTC +04:00)
Bakı – APA. Türkiyədə yeniyetmələr arasında keçirilən güləş üzrə 15-ci “Victory Cup” beynəlxalq turniri başa çatıb. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə iştirak edən yeniyetmə sərbəst və qızlardan ibarət yığmalarımız üzvləri ümumilikdə 8 medal – 2 qızıl, 4 gümüş və 2 bürünc qazanıb.

Sərbəst güləşçilərin yarışında Ənvərbəy Dalqatov (63 kq) bütün rəqiblərindən üstün olub, Elçin Vəliyev (54 kq) və Cahid Həsənzadə (58 kq) bürünc medala yiyələnib. 85 kq-da mübarizə aparan Çermen Baqayev medalın bir addımlığında büdrəyib və turniri 5-ci sırada tamamlayıb.

Yeniyetmə qızların yarışında isə 10 çəki dərəcəsindən 5-nin finalında Azərbaycan güləşçiləri mübarizə aparıb. Onlardan Darya Korin (70 kq) final görüşündə də inamlı təsir bağışlayaraq turnirin baş mükafatına layiq görülüb. Yalnız finalda büdrəyən Arzu Əliyeva (46 kq), Ləman Qurbanova (56 kq), Alyona Kolesnik (60 kq) və Raqnetta Qurbanzadə (65 kq) gümüş medalla kifayətlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR