Bakıda ov tüfəngi ilə qətl törədən şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib
30 oktyabr 2012 14:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Babaəli Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, B. Qəmbərov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2011-ci il iyunun 29-da Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə Bakı şəhər sakini Babaəli Qəmbərov mübahisə zəminində Eyvaz Həkimovu ov tüfəngindən atəş açaraq qətlə yetirib. Qaçıb gizlənən Babaəli Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə axtarış elan olunub.
Nəsimi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B. Qəmbərov Maştağa qəsəbəsində, bibisi Ziba Cabbarovaya məxsus yerləşən bağ evində saxlanılıb.
Qanlı hadisə isə mülk üstündə baş verib. Belə ki, qətlə yetirilmiş Eyvaz Həkimovla Babaəli Qəmbərovun nəsli arasında uzun illər mülk davası gedib. Onların mübahisəsi 10 il məhkəmə çəkişmələrində davam edib. Məhkəmə Babaəli Qəmbərovun əleyhinə qərar çıxarıb ki, bu da onu qəzəbləndirib.

Hadisə
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO
18:21
18 may 2024
Cəlilabadda canavarlar 6 qoyunu parçalayıb, 4-ü xəsarət alıb
17:11
18 may 2024
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub - YENİLƏNİB
15:44
18 may 2024
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir - VİDEO
14:27
18 may 2024