Yol qəzasında bir ailənin üç üzvü yaralanıb, biri ölüb

Yol qəzasında bir ailənin üç üzvü yaralanıb, biri ölüb
# 05 oktyabr 2012 07:50 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Rafiq Əlinin idarə etdiyi “VAZ 2107” markalı avtomaşın yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Sürücünün maşında olan həyat yoldaşı Vəfa Ağacanova, onların övladları - 4 yaşlı Rəvan və 1 yaşlı Şamil isə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR