Tahir Mirkişili: “Ermənistan borc içindədir”

Tahir Mirkişili: “Ermənistan borc içindədir”
# 09 dekabr 2020 11:14 (UTC +04:00)

“Qarabağda düşmənin belini qırdıq. Ermənistanın döyüş texnikası 44 günlük savaşda demək olar, məhv edilib. Müharibədə ələ keçirilən silahlar 2 batalyon silah kimi qiymətləndirilə bilər. Ermənistan iqtisadiyyatına ciddi zərər dəyib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, yaxın 15 ildə Ermənistan yenidən ordu quruculuğu ilə məşğul ola bilməyəcək: “Ermənistan iqtisadiyyatı borc içindədir. Büdcədə ciddi kəsrlər var. Bu gün bölgənin yeganə inkişafı Azərbaycan dövlətinin liderliyi ilə bölgənin iqtisadi inkişafından keçir. Biz qanunverici orqan olaraq, qələbəni iqtisadiyyatımıza transformasiya etməyi bacarmalıyıq. Biz bunun üçün qanunverici orqan kimi yeni qanunları qəbul etməliyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR