Bank Of Baku

AMİP İsveçin hakim Moderant Partiyası ilə birgə “Azərbaycanda qadınların ictimai-siyasi həyatda yeri və rolu” mövzusunda beynəlxalq konfrans keçirib

AMİP İsveçin hakim Moderant Partiyası ilə birgə “Azərbaycanda qadınların ictimai-siyasi həyatda yeri və rolu” mövzusunda beynəlxalq konfrans keçirib
# 27 sentyabr 2008 10:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İsveçin hakim Moderant Partiyası ilə birgə “Azərbaycanda qadınların ictimai-siyasi həyatda yeri və rolu” mövzusunda beynəlxalq konfrans keçirib. APA-nın məlumatına görə, konfransda Azərbaycanın siyasi partiyalarının və ictimai təşkilatlarının rəhbərliyində təmsil olunan qadınlar iştirak edib.

Jarl Harmson Fondunun layihə meneceri Katarina Valberq, İsveçin Qraflıq Şurasının seçilmiş auditoru, Nyuashman bələdiyyəsinin şura üzvü Yeva Yansa, İsveçin Vestmanland Qraflıq Şurasının siyasi müşaviri Asa Konrad, AMİP-in Siyasi Şurasının üzvü Ceyran Ənsər mövzu ətrafında çıxışlar ediblər.

Konfransda qadınların siyasi fəallığının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir günün sonuna kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR