Bank Of Baku

Azərbaycan prezidenti Ramazan bayramı münasibətilə xalqı təbrik edib

Azərbaycan prezidenti Ramazan bayramı münasibətilə xalqı təbrik edib
# 27 sentyabr 2008 11:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, prezident təbrikində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib, ən səmimi arzu və diləklərimi yetirib.
Təbrik məktubunda daha sonra bildirilib: “İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissləri ilə yola salır, məmnunluqla bayram sevincini bölüşürlər. Hər yerdə xalqımızın və dövlətimizin firavanlığı, rifahı üçün diləklər edilir, şəhidlərimizin ruhuna dualar oxunur. Bütün bu xeyirxah niyyətlərə qoşularaq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini böyük ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbir diləyirəm”.

Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğuyla keçirilən orucluq mərasimlərinin xalqımızın öz milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirdiyini, cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrildiyini vurğulayan prezident bu əziz bayram günlərində bir daha hər bir həmvətənimizi səmimi-qəlbdən təbrik edib, ailələrinə xoşbəxtlik, süfrələrinə xeyir-bərəkət arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR