Bank Of Baku

Azərbaycan prezidenti ölkənin yəhudi icmasını təbrik edib

Azərbaycan prezidenti ölkənin yəhudi icmasını təbrik edib
# 27 sentyabr 2008 11:58 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev ölkənin yəhudi icmasını Roş-Ha-Şana – Yeni il bayramı münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə bildirilib ki, əsrlərdən bəri ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıb, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətini, milli-mənəvi adət-ənənələrini günümüzəcən qoruyub saxlayıblar: “ Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, yəhudi icması bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Hər il təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə sevinc və səadət arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR