Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Solmaz Ələsgərovadan fərqli olaraq partiyada fəaliyyətimi davam etdirmək fikrindəyəm”

Zəminə Dünyamalıyeva: “Solmaz Ələsgərovadan fərqli olaraq partiyada fəaliyyətimi davam etdirmək fikrindəyəm”
# 27 sentyabr 2008 12:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Solmaz Ələsgərovadan fərqli olaraq mən Açıq Cəmiyyət Partiyasını partiya hesab edirəm. Ona görə də bu partiyada qalıb, fəaliyyətimi davam etdirmək fikrindəyəm”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyeva digər müşavir, partiya sıralarından istefa vermiş Solmaz Ələsgərovanın fikirlərinə münasibət bildirərkən deyib. Z. Dünyamalıyeva S. Ələsgərovanın seçiminə hörmətlə yanaşdığını söyləyib: “Solmaz xanım kifayət qədər ağıllı siyasətçidir, onun addımına irad bildirməyim düzgün olmaz. Hər bir şəxs öz seçimində azaddır. Bu seçimi də Solmaz Ələsgərova edib. Görünür o, ACP-ni partiya hesab etmədiyi üçün iki il idi kənarda qalmışdı. Amma mən hələ də bu qurumdayamsa, deməli, onu siyasi təşkilat hesab edirəm. Düzdür, partiyanın fəaliyyəti zəifdir, bununla bağlı öz iradlarımı dəfələrlə bildirmişəm. Amma ciddi bir narazılığım yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR