Bank Of Baku

Səfa Mirzəyev: “Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsi hələlik hazır deyil”

Səfa Mirzəyev: “Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsi hələlik hazır deyil”
# 27 sentyabr 2008 13:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı hazırlanan qanun layihəsi hələlik hazır deyil. Sənədin üzərində ciddi iş gedir. Təkcə parlamentin komissiya üzvləri deyil, bütün müvafiq qurumlar bu işə cəlb olunub. Əmanətlərin qaytarılması ilə bağlı çox çətin problemlər var”. APA-nın məlumatına görə, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Parlament Aparatının rəhbəri əsas problemin o dövrdə mövcud olan bank sənədlərinin itirilməsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, prosesin başlanması üçün həmin sənədlərin bərpası vacibdir: “Əsas problemlərdən biri də o vaxt Azərbaycanda öz əmanətlərini saxlayan və hazırda xaricdə olan şəxslərin əmanətlərinin qaytarılması ilə bağlıdır. Bu sahədə aparılan iş başa çatan kimi layihə parlamentə daxil olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR