Bank Of Baku

Səfa Mirzəyev: “Alternativ xidmət hərbi xidmətdən daha ağır olmalıdır”

Səfa Mirzəyev: “Alternativ xidmət hərbi xidmətdən daha ağır olmalıdır”
# 27 sentyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Mənim fikrimcə, alternativ xidmət hərbi xidmətdən daha ağır olmalıdır. Adamlar alternativ xidməti bəhanə gətirib hərbi xidmətdən boyun qaçırmamalıdırlar. Alternativ xidmətin müddəti uzun, xidmət şəraiti isə ağır olmalıdır”. Bu sözləri APA-nın sualını cavablandıran Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Parlament Aparatının rəhbəri alternativ xidmətin əqidəsinə görə hərbi xidmətə gedə bilməyən şəxslərə aid edildiyini deyib. Onun sözlərinə görə, bu gün müsəlmanların, xristianların və yəhudilərin dini insanın hərbi xidmət çəkməsinə icazə verir. S. Mirzəyev Azərbaycanın müharibə vəziyyətində olduğunu xatırladaraq məsələnin Avropasayağı həllinin çətin olduğunu deyib: “Bizdə hərbi xidmətə münasibət başqa cür olduğu halda bütün bunları Avropasayağı həll etmək çox çətindir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR