Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyevin ölkənin şimal bölgəsinə səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin ölkənin şimal bölgəsinə səfəri başlayıb
# 27 sentyabr 2008 14:03 (UTC +04:00)
Quba Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, ölkə başçısı Qubada Heydər Əliyev parkında Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev parkda rayon ziyalıları, ictimaiyyət nümayəndələri ilə görüşüb.
Daha sonra dövlət başçısı Zərifə Əliyeva adına parkın açılış mərasimində iştirak edib.

Prezident rayonun “Qırmızı qəsəbə” yaşayış massivində yəhudi icmasının nümayəndələri ilə görüşüb.

Ölkə başçısı Qubada 1918-ci il erməni soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.

Prezident İlham Əliyev həmçinin rayonda inşa edilən Diaqnostika Mərkəzinin tikinti işləri ilə də maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR