Bank Of Baku

Açıq Cəmiyyət Partiyası İdarə Heyətinin üzvü və Ali Məclis sədrinin müavini istefa verib

Açıq Cəmiyyət Partiyası İdarə Heyətinin üzvü və Ali Məclis sədrinin müavini istefa verib
# 02 oktyabr 2008 09:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyası (ACP) İdarə Heyətinin üzvü, Ali Məclis sədrinin müavini Oqtay Mirzəyev tutduğu vəzifələrdən və partiya üzvlüyündən istefa verib. O. Mirzəyev APA-ya açıqlamasında qərarını partiyanın fəaliyyətsizliyi ilə əlaqələndirib. O, təsis qurultayında qəbul olunan proqrama əsasən partiyanın qarşısına 14 vəzifə qoyulduğunu, lakin geridə qalan müddət ərzində rəhbərliyin səriştəsizliyi üzündən bu vəzifələrin heç birinin yerinə yetirilmədiyini bildirib: “Ümumiyyətlə, il yarım ərzində partiyanın heç bir əməli fəaliyyəti olmayıb. Partiya quruculuğu sıfır vəziyyətindədir. Partiyanın hansı məqsədə qulluq etdiyi məlum deyil. ACP-nin adı var, özü yox”. O. Mirzəyev siyasi fəaliyyətini Tərəqqi Partiyasında davam etdirmək qərarına gəldiyini açıqlayıb: “Bu partiyanın ideoloji əsasları və siyasi strategiyası mənim siyasi düşüncələrimlə üst-üstə düşdüyündən, fəaliyyətimi orada davam etdirməyə qərar vermişəm”.

Xatırladaq ki, ACP sədrinin müşaviri Solmaz Ələsgərova da Tərəqqi Partiyasına keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR