Bank Of Baku

Millət vəkilləri MSK-da Müsavat Partiyasına ayrılan yerlərin başqa partiyalara verilməsini təklif ediblər

Millət vəkilləri MSK-da Müsavat Partiyasına ayrılan yerlərin başqa partiyalara verilməsini təklif ediblər
# 02 oktyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında çıxış edən millət vəkilləri prezident seçkiləri və bir sıra başqa məsələlərlə bağlı fikirlərini bildiriblər. Milli Məclisin üzvü Fazil Qəzənfəroğlu Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul olunmasına ehtiyac olduğunu bildirib. Deputat Mərkəzi Seçki Komissiyasında (MSK) Müsavat Partiyası üçün ayrılan iki yerin digər partiyalara verilməsini təklif edib. Millət vəkili Qüdrət Həsənquliyev də MSK-da boş qalan iki yerin digər partiyalara verilməsinin zəruriliyini vurğulayıb.

Q. Həsənquliyev qeyd edib ki, YAP seçkilərdə bütün partiyalara bərabər imkan yaratmır. Prezidentliyə namizədlərə efir vaxtının düzgün ayrılmadığını bildirən deputat AzTV-də seçkilər haqqında heç bir məlumat verilmədiyini də bildirib.

Millət vəkili Səyavuş Novruzov isə deyib ki, ölkədə normal seçki təbliğatı aparılır, qanunlara əməl olunur, hamıya bərabər imkan yaradılıb. YAP-ın namizədinin alternativinin olmadığını bildirən S. Novruzov digər namizədləri seçkilərdə üç faizlik baryeri aşmaq üçün səy göstərməyə çağırıb: “Onlar üç faizlik baryeri aşsınlar ki, dövlətin onlara ayırdığı vəsaiti geri qaytarmaqda çətinlik çəkməsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR