Bank Of Baku

Norveç xarici işlər nazirinin müavini bəzi müxalifət partiyalarının liderləri ilə görüş keçirib

Norveç xarici işlər nazirinin müavini bəzi müxalifət partiyalarının liderləri ilə görüş keçirib
# 02 oktyabr 2008 10:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda səfərdə olan Norveç xarici işlər nazirinin müavini Raymond Yohansen bəzi müxalifət partiyalarının liderləri ilə görüş keçirib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, görüşdə Azərbaycandakı seçkiqabağı durum və ictimai-siyasi vəziyyət müzakirə edilib. Seçkiləri boykot edən partiyalar ölkədə normal seçki şəraitinin olmadığını əsas gətirərək bu addımı atdıqlarını deyiblər. Görüşdə Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və ADP sədri Sərdar Cəlaloğlu iştirak edib. Mərkəzi Seçki Komissiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da söhbətə qatılaraq təmsil etdiyi qurumun seçkilərlə bağlı həyata keçirdiyi addımlardan danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR