Bank Of Baku

Milli Məclis Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayının artırılması barədə qərar qəbul edib

Milli Məclis Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayının artırılması barədə qərar qəbul edib
# 02 oktyabr 2008 11:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, “Azərbaycan Silahlı Qüvvələri taqımının Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik edilməsi barədə qərar layihəsi haqda parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri, 1-ci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

Z. Əsgərov deyib ki, indiyə kimi Əfqanıstanda Azərbaycan sülhməramlılarının 2 taqımı xidmət edib. Edilən dəyişiklikdən sonra Əfqanıstanda xidmət edən Azərbaycan taqımlarının sayı 4-ə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR