Bank Of Baku

Milli Məclis Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməni ratifikasiya edib

Milli Məclis Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməni ratifikasiya edib
# 02 oktyabr 2008 13:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə layihəsinin müzakirəsi deputatlar arasında fikir ayrılığına səbəb olub. APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxış edərək Milli Məclisin bu sənədi ratifikasiya etməsinin əleyhinə olduğu deyib. Deputat Azərbaycanın MDB-dən çıxmasını təklif edib. Millət vəkili Nəsib Nəsibli də sənədin əleyhinə çıxıb. Onun sözlərinə görə, Azərbaycan indiki məqamda çox ehtiyatlı davranmalıdır.

Deputat Əkrəm Əylisli isə Azərbaycanla Rusiya arasında sıx əməkdaşlığın mövcud olduğunu deyib, sənədin qəbulunun zəruriliyini vurğulayıb.

Sənəd səs çoxluğu ilə ratifikasiya olunub.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə bu ilin iyulun 3-də Bakıda imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR