Bank Of Baku

Milli Məclisin deputatı qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib

Milli Məclisin deputatı qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib
# 02 oktyabr 2008 13:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı Qənirə Paşayeva qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, Milli Məclisin bugünkü iclasında çıxış edən xanım deputat Ailə Məcəlləsinə dəyişiklik edilməsi və qadınların nikah yaşının artırılmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda baş verən erkən nikahların qarşısını almaq üçün mütləq qanunvericilikdə dəyişiklik edilməlidir. Deputat, həmçinin, nikah bağlanarkən tibbi arayışların alınmasının vacibliyini də önə çəkib: “Bu insanlar arasında müxtəlif xəstəliklərin yayılmasının qarşısını almaqda böyük rol oynaya bilər”. Q. Paşayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də sözügedən problemlərlə bağlı təkliflərinin olduğunu xatırladıb.
Qeyd edək ki, Azərbaycanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17-dir (istisna hallarda 16 yaş).

Q. Paşayevə çıxışı zamanı digər məsələlərə də toxunub. Millət vəkili 1948-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb: “Onların geri qaytarılmasının mexanizmlərinin hazırlanmalı və bu sahədə iş aparılmalıdır. 60 il əvvəl öz doğma torpaqlarından qovulan soydaşlarımızın repatriasiyasına nail olunmalıdır. Dünyanın bir çox yerində öz torpaqlarından didərgin düşən xalqlar sonradan geri qayıdıb. Bu sıraya Krım türkləri, Gürcüstandan çıxarılan Axısxa türklərini aid etmək olar. Belə olanda nəyə gərə Ermənistandan qovulan soydaşlarımızın geri qaytarılması məsələsi qaldırılmamalıdır?”

Q. Paşayeva İpoteka kreditlərinin verilməsinin dayandırılmasını mənfi hal kimi qiymətləndirib. Millət vəkili İpoteka kreditlərin verilməsi ilə bir çox gəncin mənzil problemlərinin həll edildiyini diqqətə çatdırıb və bu işin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR