Bank Of Baku

YAP “Azadlıq” qəzetindən təkzib tələb edir

YAP “Azadlıq” qəzetindən təkzib tələb edir
# 03 oktyabr 2008 10:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Azərbaycan Partiyası (YAP) “Azadlıq” qəzetindən partiya və iqtidar əleyhinə dezinformasiya və böhtan xarakterli məlumatlar yayması ilə bağlı təkzib verməsini tələb edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sözügedən qəzet 27 sentyabr 2008-ci il tarixli sayında dövlət qeydiyyatından keçməmiş Seçki Monitorinq Mərkəzinin yaydığı məlumatı təhrif edərək öz səhifəsində yerləşdirib. Adıçəkilən qurumun təqdim etdiyi hesabatda yer almış “yerli icra orqanları bəzi prezidentliyə namizədlərin qeydiyyatı üçün imzaların toplanması prosesinə müdaxilələr ediblər” ifadəsi “Azadlıq” qəzetində qəsdən təhrif edilərək, “hakim YAP namizədinin xeyrinə imzaların toplanması və yerli icra orqanlarının seçiciləri imza verməyə məcbur etməsi müşahidə olunub” kimi dərc olunub. YAP rəhbərliyi qəzetin bu addımını qətiyyətlə pisləyib və partiyadan üzr istənməsini tələb edib. Əks təqdirdə YAP həmin qəzetə qarşı qanun çərçivəsində daha ciddi addımlar atmaq məcburiyyətində qalacağını vurğulayıb. Partiya həmçinin, “Azadlıq” qəzetində dərc olunmuş böhtan xarakterli yazılarla bağlı Mətbuat Şurasının sentyabrın 19-da keçirilən iclasının qərarının yerinə yetirilməsinə və təkzib dərc olunmasını edib.

Azadlıq qəzetinin baş direktoru Azər Əhmədov isə APA-ya bildirib ki, onlar Mətbuat Şurasının qərarı ilə qəzetdə hər hansı təkzib verməyəcəklər: “Çünki biz qəzetdə təhqir yox, tənqidlər vermişik”. Seçki Monitorinq Mərkəzi ilə bağlı məsələyə gəldikdə isə A. Əhmədov bu məsələnin araşdırılacağını bildirib: “Bizim müxbirlər heç bir təhrifə yol verməzlər. Hesabat necə daxil olubsa, həmin formada da yayılıb. Bu məsələ ilə bağlı SMM-lə də danışmışam. Onlar da təhrifə yol verilmədiyini bildiriblər”. A.Əhmədov qəzetdə təkzib verilməyəcəyini, sadəcə YAP-a cavab yazısı hazırlayacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR