Bank Of Baku

Sabiq ACP üzvü Tərəqqi Partiyası sədrinin müşaviri təyin edilib

Sabiq ACP üzvü Tərəqqi Partiyası sədrinin müşaviri təyin edilib
# 03 oktyabr 2008 13:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyasından (ACP) Tərəqqi Partiyasına keçən Oqtay Mirzəyev bu partiyanın sədrinin müşaviri vəzifəsinə təyin edilib. Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu APA-ya açıqlamasında O. Mirzəyevin təşkilatçılıq qabiliyyətinə malik olduğunu, buna görə də təşkilati məsələlər üzrə müşavir vəzifəsini ona həvalə etdiyini bildirib. Ç. Dəmiroğlu həm ACP, həm də bəzi digər müxalifət partiyalarının rəhbərliyində təmsil olunan bir sıra şəxslərin yaxın günlərdə Tərəqqi Partiyasına keçəcəyini söyləyib.

Qeyd edək ki, ACP İdarə Heyətinin üzvü, Ali Məclis sədrinin müavini Oqtay Mirzəyev və ACP liderinin müşaviri Solmaz Ələsgərova Tərəqqi Partiyasına keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR