Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı Qarsda keçirilməsi nəzərdə tutulan “Qafqaz festivalı”nı pisləyən bəyanat yayıb

Qarabağ Azadlıq Təşkilatı Qarsda keçirilməsi nəzərdə tutulan “Qafqaz festivalı”nı pisləyən bəyanat yayıb
# 03 oktyabr 2008 13:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarsda keçirilməsi nəzərdə tutulan “Qafqaz festivalı” və Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı Anadolu türklərinə müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Türkiyənin hazırkı iqtidarı işğalçı Ermənistanla işbirliyi yaratmaqda ittiham olunub və türk millətindən bu məsələyə müdaxilə etməsi istənilib: “Ümid edirik ki, siz özünüz bu xəyanətkar xəttin həyata keçirilməsinə imkan verməyəcəksiniz. Son hadisələri bir daha sizlərə xatırladır və ermənilərlə “dostluq” siyasətinin qarşısını almağa çağırırıq. İnanırıq ki, Ermənistanın terrorçu və qaniçən prezidenti Serj Sərkisyanın Türkiyəyə gözlənilən səfərinə imkan verməyəcəksiniz. Qars bələdiyyəsinin rəhbərliyinin təşəbbüsü ilə “Qafqaz festivalı”, daha doğrusu “erməni festivalı” keçirmək niyyəti haqda məlumatlar da var. Ermənilərə xidmət göstərən bu şəxs onların Qarsda törətdikləri vəhşilikləri, oradakı kütləvi məzarlıqları unutmamalıdır. Qars Azərbaycan və Türkiyə vətəndaşları üçün müştərək və tarixi bir ərazidir. Qarsı erməni oylağına çevirmək istəyənlər ancaq lənətə layiqdirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR