Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 04 oktyabr 2008 07:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 3-də saat 16.30-dan 16.40-dək və 23.00-dan 23.10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 20.45-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, oktyabrın 4-də isə saat 00.10-dan 00.30-dək və 02.10-dan 02.30-dək Ağdam rayonunun Baş Qərvənd və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR