Bank Of Baku

YAP-ın Nərimanov rayon «Akkord İnşaat-Sənaye» ASC təşkilatı yaradılıb

YAP-ın Nərimanov rayon «Akkord İnşaat-Sənaye» ASC təşkilatı yaradılıb
# 04 oktyabr 2008 09:24 (UTC +04:00)
Bakı-APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon «Akkord İnşaat-Sənaye» ASC təəssübkeşlərinin ümumi iclası keçirilib. APA-nın məlumatına görə, iclasda YAP-ın Nərimanov rayon «Akkord İnşaat-Sənaye» ASC təşkilatının yaradılması barədə qərar qəbul edilib. Həmçinin təşkilatın sədri və müavinləri seçilib. Tədbirdə çıxış edən YAP Nərimanov rayon «Akkord İnşaat-Sənaye» ASC təşkilatının sədri Nicat Hacıyev bildirib ki, hazırda təşkilatın 120 üzvü var. Daha sonra iclasda YAP-ın prezidentliyə namizədi İlham Əliyevin vəkili, AMEA-nın vitse-prezidenti Akif Əlizadə, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev və digər şəxslər çıxış edərək İlham Əliyevin prezidentliyi dövründə qazanılan uğurlardan danışıblar.

Tədbirin yekununda İ. Əliyevin prezidentliyə namizədliyinin «Akkord İnşaat-Sənaye» ASC tərəfindən dəstəklənməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR