Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Milli demokratik qüvvələrin birliyinə nail olmaq üçün danışıqlar aparılır”

Mirmahmud Mirəlioğlu: “Milli demokratik qüvvələrin birliyinə nail olmaq üçün danışıqlar aparılır”
# 04 oktyabr 2008 09:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifət düşərgəsində təmsil olunan milli demokratik qüvvələrin birliyinə nail olmaq üçün bir sıra partiyalarla danışıqlar aparılır. İstəyirik ki, millət və dövlət uğrunda ardıcıl fəaliyyət göstərən təşkilatları və şəxsləri həmin birlikdə görək”. Bu sözləri APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, əvvəllər müxalifət düşərgəsində birliyin qarşısını alacaq addımlar atan bəzi təşkilatlar da öz işlərinə tənqidi yanaşaraq bu danışıqlara qatılıblar: “Bunun birlik, məşvərət xarakterli məclis və ya fikir birliyi olacağını indidən demək çətindir. Kiminlə necə alınacaqsa, elə olacaq. Əsas hədəfimiz 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkiləridir. Hər halda əməli iş üçün çalışırıq və hələ ki, partiyalar arasında əks fikir yoxdur”.

M. Mirəlioğlunun sözlərinə görə, danışıqlar partiyaların birinci şəxsləri səviyyəsində aparılır, təşkilatların iriliyi və xırdalığı nəzərə alınmır: “Elə şəxslər var ki, çəkisi partiyadan heç də az deyil. Ümumilikdə isə danışıqlar prosesində intellekt səviyyəsi və təsir imkanları olan bütün partiya rəhbərləri iştirak edirlər. Tənqid etdiyiniz partiyalar da danışıqlara qatılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR